O deyib: “Ötən ilin fevralın 4-də atam həbs olundu. Həbsindən iki gün sonra 52 yaşını həbsxanada qeyd etdi. Bu bir il necə keçdi, bilmədik. Artıq 53 yaşını da həbsxanada keçirir. Təbii, bu, bizləri çox üzür. Amma atamın əqidəsinə görə həbs olunduğunu bildiyimizdən qürurlanırıq. Bu yol nə qədər ağrılı, çətin, məhrumiyyətlərlə dolu olsa da, son dərəcə şərəfli yoldur.
Atam bir ildir ki, saxta ittihamlar üzündən həbsdədir. Onu təbrik edirəm. Tezliklə azadlığa qovuşmasını arzu edirəm. Onun, eləcə də digər siyasi məhbusların azadlıqda olması üçün bizlərin mübarizə aparmağımız şərtdir”.
Tofiq Yaqublunun digər qızı Nigar Yaqublu “Deyerler.org”a açıqlamasında deyib ki, ailə başçısının evdə olmaması çox üzücüdür: “Atamın yeri hər zaman görünür. Anamız xəstəxanada, atamız həbsxanada – ailəmiz rəsmən pərən-pərən salınıb. Atam üçün nə dərəcədə ağır bir durum olduğunu anlayıram. Tezliklə atamın azadlığa qovuşmasını istəyirik”.
Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş vermiş hadisələrə görə günahlandırılır. Ona kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ittihamları irəli sürülüb. Bu gün onun 53 yaşı tamam olur.
Ötən ay Tofiq Yaqublunun Şəkidə keçirilən məhkəməsindən qayıdan həyat yoldaşı Maya Yaqublu İsmayıllıda avtomobil qəzasına düşərək ağır xəsarət alıb və hazırda xəstəxanadadır.
Son xəbərlər
Son Xəbərlər