Ananın məhbus oğluna telefon keçirmək cəhdi

ananin-mehbus-ogluna-telefon-kecirmek-cehdi
Oxunma sayı: 718


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.3.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Tural İlham oğlu Vəliyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Bərdə rayonu, Lək kəndində yaşayan vətəndaş Ceyran Qubad qızı Hüseynovanın üzərinə baxış keçirilən zaman, alt paltarında gizlədilmiş bir ədəd “Nokia C3” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. 

Fakt üzrə araşdırma aparılır.