“Vəkillər Kollegiyası ətrafında son günlər baş verən spekulyasiyalara, qarayaxma kompaniyasına qarşı, o cümlədən, maddi-texniki bazasının yaxşılaşdırılması üçün görülən işlərə göstərdiyiniz kütləvi dəstəyə görə hər birinizə minnətdarıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkədə yazıb. Sədr bildirib ki, vəkillər öz təşkilatlarının, qurumun daxilində baş verən məsələlərin “facebook”da ictimai müzakirə predmetinə çevrilməsinə etiraz edirlər:
“Vəkillərə qarşı böhtan, təhqir söyləyənləri haqlı olaraq şiddətli qınayırlar. Sizdən yeganə xahişimiz bu şəxslərə qarşı ifadələrdə, statuslarda etik normalara uyğun olmayan, mənəvi süzgəcdən keçməyən fikirlərdən, sözlərdən istifadə etməməkdən ibarətdir.
Vəkillərin öz davranışları ilə cəmiyyətə normal və sivil polemikanın aparılması qaydasının örnəyi olmasını arzulayıram”.
Qeyd edək ki, son günlər Adil İsmayılovla Anar Qasımlı sosial şəbəkələrdə bir-birini tənqid edir.
Son xəbərlər
Son Xəbərlər