Klub prezidenti son zamanlar "Simurq"la bağlı mətbuatda gedən yazılara aydınlıq gətirib. O bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdır: “Hər kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdır”.
Anar Bəkirov qeyd edib ki, "Simurq"un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti futbolçulardan qarşıdakı oyunlarda müsbət nəticə qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər