Xalq yazıçısı Anar Nəriman Əbdülrəhmanlının AYB-dən istefası ilə bağlı APA-ya açıqlamasında belə deyib. O, bildirib ki, birliyə üzv olmaq könüllüdür.
Anar əlavə edib ki, N.Əbdürrəhmanlının qurultay nümayəndəsi seçilməməsi texniki yanlışlıq ola bilər: "İdarə Heyətinin üzvləri birbaşa nümayəndə olurlar. Görünür, bu texniki məsələdir. Mən zəng edib deyəcəyəm ki, onun adını daxil etsinlər. Sonra çıxar, özü bilər”.
Birlik sədri N.Əbdülrəhmanlının AYB-nin tədbirlərinə dəvət almamasına da münasibət bildirib. O qeyd edib ki, Yazıçılar Birliyindəki tədbirlər üçün heç kimə ayrıca dəvət göndərilmir: "Tədbirlərin elanı "Ədəbiyyat qəzeti”ndə çap olunur. Qəzeti alsınlar, buyurub gəlsinlər. 1600 üzvə bir-bir dəvət göndərə bilmərik”.
Qeyd edək ki, iyunun 17-də AYB-nin qurultayı keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər