Anar Kərimov vətəndaşları qəbul edəcək

Anar Kərimov vətəndaşları qəbul edəcək
Oxunma sayı: 1662

Mədəniyyət naziri Anar Kərimov tərəfindən oktyabrın 20-də saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı rayonu, Qarabağ küçəsi 17) Masallı,Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya nazirlikdən məlumat verilib. 

Vətəndaşlar 16 oktyabr 2022-ci il tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.