Anar Kərimovdan vəfat edən direktorun yerinə - Təyinat

anar-kerimovdan-vefat-eden-direktorun-yerine
Oxunma sayı: 7028

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Bakı Dövlət Sirkinə yeni direktor təyin edilib.

Əmrə əsasən, bu vəzifəyə Elmir Hüseynov təyinat alıb.

Faktı Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, sirkin direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə martın 7-də, 67 yaşında vəfat edib.