Anar Məmmədlinin həbs müddəti uzadılıb

anar-memmedlinin-hebs-muddeti-uzadilib
Oxunma sayı: 891


Hakim istintaq orqanının qaldırdığı vəsatəti təmin edib və onun həbs müddətini 3 ay- iyunun 16-dək uzadıb.

Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, onlar məhkəmənin bu qərarından appeliasiya şikayəti verəcəklər.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub.O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vergidən yayınmaqda ittiham olunur.

Anar Məmmədli ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.