“Qafqazinfo” xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov Qubadakı yarışda iştirak edən bütün qolfçulara öz təşəkkürünü bildirib.
Daha sonra Azərbaycanda keçirilən Challenge Tour-un qalibləri təqdim olunub. European Tour-un icraçı direktoru Matts Lanner yarışın bütün mərhələlərini başa vurduqdan sonra 4 qalibin növbəti mərhələyə keçdiyini söyləyıb.
Yarışda 4-cü yeri İngiltərən olan Stiven Braun, 3-cü yeri digər ingiltərəli oyunçu Endrü Conson, 2-ci yeri fransalı qolfçu Maykl Lorenso tutub.