Anar Məmmədov seçiciləri ilə görüşdü - Fotolar

anar-memmedov-secicileri-ile-gorusdu
Oxunma sayı: 4425

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatlığa namizəd Anar Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı Anar Məmmədov sosial şəbəkədə paylaşım edib. YAP-ın namizədi Goranboy rayonunun Kələk və İşıqlar kəndində seçiciləri ilə bir araya gəlib.

“Partiya rəhbərliyi tərəfindən qarşımıza seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə çalıb sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub. Seçicilərimizlə görüşdə onların müraciətləri və problemlərini dinlədik, səmimi və mehriban ünsiyyət qurduq. Beləliklə, biz bu yola əmin addımlarla başladıq!”, -deyə A. Məmmədov qeyd edib.