Anar Məmmədov Şəhidlər Xiyabanını ziyarət etdi - Fotolar

Anar Məmmədov Şəhidlər Xiyabanını ziyarət etdi
Oxunma sayı: 8220

Bu gün 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülən Anar Məmmədov Naftalan şəhərində Şəhidlər Xiyabanını ziyarət edib.

"Qafqazinfo" xəbər verir ki, Anar Məmmədov şəhid məzarları üzərinə gül dəstələri qoyub, qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib.

Anar Məmmədov daha sonra şəhid ailələri ilə görüşüb, Azərbaycan xalqının mübarizliyindən, əzmkarlığı sayəsində müstəqllik əldə etməsindən danışıb.

YAP-ın 36 yaşlı deputatlığa namizədi daha sonra Goranboy rayonuna yollanaraq burada da Şəhidlər Xiyabanını ziyarət edib. Şəhid ailələri ilə görüşən A.Məmmədov onlarla söhbət edib, problemləri ilə maraqlanıb. Daha sonra Muzdurlar kəndi qəbiristanlığına gedən A.Məmmədov 20 Yanvar faciəsi zamanı şəhid olan Kərimov İlqar İsa oğlunun məzarını ziyarət edib, onun qəbiri üzərinə gül dəstələri düzüb.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi