Anar Məmmədov Ukrayna nümayəndə heyəti ilə görüşdü - Fotolar

anar-memmedov-ukrayna-numayende-heyeti-ile-gorusdu
Oxunma sayı: 2550

Ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri bu gün Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn nümayəndə heyəti xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Sonra Milli Məclisdə görüşlər başlayıb. İlk görüş Milli Məclisin birinci sədr müavini Əli Hüseynli ilə, sonra isə Azərbaycan-Ukrayna Dostluq Qrupunun rəhbəri Rüfət Quliyev və Anar Məmmədov həmçinin digər üzvləri ilə baş tutub. Hazırda görüşlər davam edir.