Anar Nağılbazın mühacirətə getməsi xəbərinə - - Atasından reaksiya

anar-nagilbazin-muhacirete-getmesi-xeberine-
Oxunma sayı: 3372


“Anarın qaraciyəri, öd kissəsi pis vəziyyətdədir. Ona görə Anar xaricdə ciddi şəkildə müalicə alır. Onun ölkəni tərk edib, başqa yerdə siyasi sığınacaq almaq istəməsi informasiyası ağ yalandır”.

Sabiq millət vəkili oğlunun harada müalicə aldığını isə deməyib.

“Biz onu narahat etmirik. Ona görə Anarın harada müalicə aldığını demirik. Ümumiyyətlə, Anar bu qədər müddət işsiz qaldı, onun nə yeyib, nə içdiyi haqqında maraqlanmırdılar. İndi isə belə məlumat yazırlar”.

Qeyd edək ki, bu gün bəzi internet KİV-lər Anar Nağılbazın Çexiyada siyasi sığınacaq almaq istədiyi, hazırda isə  qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu haqqında xəbər yayıb.