“Xəzər Xəbərin” aparıcısı Anar Nəcəfli telekanaldan ayrılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcı facebook hesabında məlumat verib:
“Müəyyən səbəblərə görə, 7 ildir işlədiyim “Xəzər TV”dən ayrılıram. Bu gün “Xəzər Xəbər”də sonuncu efirim olacaq. Allah hər kəsin yolunu açıq etsin”.
“Xəzər TV”dən “Qafqazinfo”ya verilən məlumata görə, Anar Nəcəfli səhhətində yaranan problemlərə görə, rəhbərliyə işdən azad olunması ilə bağlı müraciət edib.
Son xəbərlər
Son Xəbərlər