Anar Prezidentə məktub yazdı

Anar Prezidentə məktub yazdı
Oxunma sayı: 6390

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Prezident İlham Əliyevə məktub ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubun mətnində deyilir:

“Möhtərəm cənab Prezident.

Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz.

Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.

Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.

Sağ olun, var olun!”

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamla Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyi yaradılacaq.

Məlumat üçün bildirək ki, Anar Rəsul Rzanın oğludur.