“Qafqazinfo”nun məlumatına görə, iştirakçılar Rozanın şəklini ataraq gecənin taleyini həll etmək üçün onu önə çıxarıblar.
Müğənni qalib gələrsə, stilist Anar Ağakişiyevi uzaqlaşdıracağını deyərək tamaşaçılardan səs istəyib. Anar da öz növbəsində tamaşaçılara müraciət edərək Rozanın getməsi üçün səs tələb edib.
Nəticədə, Roza Zərgərli 22.47 səs toplayaraq realiti şounu tərk edib.
Müğənni aparıcı Murad Dadaşovun “Qalib gəlsəydin, Anarı layihədən uzaqlaşdıracaqdın?” sualını cavablandırıb:
“Mən qalib gəlsəydim, Anardan dostu olub-olmadığımı soruşacaqdım. Əgər dostu olduğumu desəydi, özüm verilişi tərk edəcəkdim. Dostum olmadığını bildirsəydi, Anarı layihədən çıxaracaqdım”.
Könül
Son xəbərlər
Son Xəbərlər