“Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz".
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Məşhur müğənni instaqramda Space TV-də yayımlanan “Hər səhər” proqramında Əməkdar artist Rəşad İlyasovla müğənni Rüfət Axundovun söyüşlü duetini şərh edib. Sənətçi hadisəyə görə, aparıcı Anar Vaqifoğlunun işdən qovulmasına etiraz edib, kanal rəhbəri Vaqif Mustafayevə müraciət ünvnalayıb:
"Mənim üçün Rəşad İlyasov və Rüfət Axundov çox əzizdirlər. Kaş ki, belə olmayaydı. Amma insan yıxılır, ölür və olacağa nə çarə... Allah da bağışlayanları sevir. Anarın günahsız yerə qurban getməsi məni çox incidir. Ona görə də dəyərli Vaqif Mustafayevdən xahiş edirəm ki, Anarın günahsız yerə qurban getməsinə imkan verməsin. Rəşad və Rüfətin dolanışıq yerləri var. Anar və orada çalışan rejissorun uşaqlarının ümid yeri yalnız Space TV və FM-dir”.
Son xəbərlər
Son Xəbərlər