Anası azərbaycanlı, atası erməni olan gənc deportasiya oluna bilər

anasi-azerbaycanli-atasi-ermeni-olan-genc-deportasiya-oluna-biler
Oxunma sayı: 3343


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Frsansa ərazisində qeyri-leqal qaldığı üçün yanvarın 25-də Marseldə saxlanılan Ohannisyan vəkili və “Sərhədsiz təhsil” şəbəkəsinin prefekturaya müraciətindən sonra onlarla bağlı inzibati həbs ləğv olunub.

Beləliklə də o, Fransa ərazisini tərk etməklə bağlı məsuliyyətdən hələ ki, azad ola bilib. Baqrat bununla bağlı appelyasiya şikayəti verib, onun şikayətinə yanvarın 30-da baxılacaq. 

Qeyd edək ki, 2013-cü ilin iyulunda Apellyasiya məhkəməsi deportasiya qərarını ləğv etmişdi, lakin  onlara indiyə qədər Fransada status verilməyib. 

Məlumat verilir ki, Baqrat və ailəsi hələ 2009-cu ildə təhlükə altında olduqları üçün Rusiyadan qaçıblar. Fransadan sığınacaq istəyən ailənin istəyi qəbul edilmir. Yerli prefektura Baqratı azərbaycanlı hesab edir, çüki anası azərbaycanlı, atası isə Azərbaycanda doğulsa da erməni soyadı daşıyır.