Anası motosikletdən yıxıldığını deyir, lakin...

anasi-motosikletden-yixildigini-deyir-lakin
Oxunma sayı: 2274

Gəncə şəhər sakini bədənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov sol döş nahiyəsinin və bazunun kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. E. Daşdəmirovun anası onun motosikletdən yıxıldığını desə də, 42 yaşlı kişinin bıçaqlandığı ehtimal edilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.