“Anası tərəf miras uğrunda mübarizə aparır...”

anasi-teref-miras-ugrunda-mubarize-aparir
Oxunma sayı: 5468

Ötən gün “Sənətsevər” verilişi xalq artisti İlhamə Quliyevaya həsr edilib.

“Qafqazinfo”nun məlumatına görə, verilişdə müğənninin sənət dostları danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

İlhamə Quliyevanın rəfiqəsi, əməkdar artist Firuzə İbadova bildirib ki, xalq artisti mirasını nəvəsi Ruslana verəcəyini söyləyib:

“Ölməmişdən 1 həftə qabaq mənə dedi ki, bizə gəl. Gedə bilmədim, bəlkə də ürəyində elə bir söz var idi ki, mənə deyəcəkdi. Axırıncı görüşümüzdə oturduğu yerdə dedi ki, Ruslan ( Nəvəsi) üçün burnumun ucu göynədi. Söylədi ki, nəyim varsa, hamısını Ruslana verəcəm. Mən də dedim ki, zəng vur, gəlsinlər. O da cavab verdi ki, yox, anası işdə olur. Elə Orxanı da iş-gücə göndərmişəm. Bazar günü gətirərlər İndi də İlhamə xanımın ölümünə inanmıram”.

Əli Mirəliyev isə açıqlamasında qeyd edib ki, İlhamə xanımın var-dövləti uğrunda anası tərəf mübarizə aparır:

“Son sözünü Eldara deyib. Eldar efirdən ağlaya-ağlaya dedi ki, malın yetim-yesirə qalsın. Mənə son sözünü deməyib, öləndə o tərəf içəri buraxmadı. Onlar anasının qohumları, bacım uşaqları idi. İlhamə xanımın var-dövləti uğrunda anası tərəf mübarizə aparır. Sağlığında heç yadlarına düşmürdü. İlhamə Quliyeva sağlığında demişdi ki, ölsəm anam tərəfi evimə buraxmayın”.