İsrail Ədliyyə Nazirliyi tərəfindən haqqında 7,2 milyon dollarlıq vergidənyayınma iddiası olan model Bar Refaeli məhkəmə ilə razılığa gəlib.
“Qafqazinfo” xəbər verir ki, dünyaca məşhur podium ulduzu 750 min cəza, 2, 8 milyon dollar vergi ödəyəcək.
Bundan əlavə, 35 yaşlı model 9 ay topluma xidmət cəzası alıb. Barın meneceri olan anası Tzipi Refaeliyə 750 min dollar pul və 16 ay həbs cəzası verilib.
O, dövlətə ümumilikdə 4,3 milyon dollar ödəniş edəcək.

Son xəbərlər
Son Xəbərlər