Anasını balta ilə öldürən Ramiz hələ də tapılmayıb - Foto

anasini-balta-ile-olduren-ramiz-hele-de-tapilmayib
Oxunma sayı: 9318

Xəbər verdiyimiz kimi, yanvarın 13-ü Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

Həmçinin oxuyun: “Anamı vurub, balta başında qalmışdı” - Video