"Qafqazinfo"nun verdiyi xəbərə görə, ötən il oktyabrın 22-də Rusiyadan Azərbaycana gəlib anasını öldürən Hümbət Nağızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Hümbət Nağızadə Xırdalan şəhərində qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Qurbanovanı boğaraq öldürüb. Hadisədən əvvəl mərhumun kiçik oğlu Rövşən anasının başqa bir kişi ilə münasibət saxladığını bilib, bu barədə Rusiyada yaşayan böyük qardaşı Hümbət Nağızadəyə deyib. Hümbət Rusiyadan yaşadığı Şəmkir rayonuna gəlib.
O, baş verən hadisədən əvvəl anası ilə danışıb. Ana və oğul ötən il oktyabrın 22-də Xırdalan şəhərində aldıqları evdə görüşüblər. Həmin vaxt Hümbət anasına əxlaqsızlıq hərəkətlərinə son qoymasını tələb edib. Fatimə Qurbanova isə “öz həyatımı yaşayıram” deyərək mərhum əri Elşənin ünvanına nalayiq işlədib. Bundan sonra H.Nağızadə anasını boğaraq öldürüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər