Anasını öldürüb ölkədən qaçmaq istədi - - Bakıda

anasini-oldurub-olkeden-qacmaq-istedi-
Oxunma sayı: 1705


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir müddətdir axtarışda olan 22 yaşlı şəxs anasını öldürüb.

Fevralın 3-də axşam saatlarında Ə.Vahid küçəsi yerləşən modalar evində dərzi işləyən anası 1967-ci il təvəllüdlü Sevinc  Əliyevanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib.

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, borclu kimi axtarışda olan, 1992-ci il təvəllüdlü Elnur Əliyev Qusar Sərhəd Keçid Məntəqəsində müəyyən olunaraq tutulub.

Murad Əhməd