Rusiyalı model İrina Şeyk sevgilisindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərənin “The mirror” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, model 41 yaşlı sevgilisi Bradley Cooperlə münasibətlərinə son qoymaq qərarına gəlib.
Cütlüyün münasibətlərinin korlanmasına aktyorun anası Gloria Campano səbəb olub.
İddia olunur ki, Milad günü gəlin və qayınana arasından mübahisə yaşanıb. Bu qalmaqal münasibətin sona çatması ilə nəticələnib.
Qeyd edək ki, İrina və Bradley cütlüyü münasibətlərini ötən ilin aprel ayında elan etmişdilər.






Son xəbərlər
Son Xəbərlər