Anbarın dam örtüyü uçdu - 12 ölü, 13 yaralı

anbarin-dam-ortuyu-ucdu
Oxunma sayı: 1516

Pakistanın Sukkur şəhərində anbarların birində dam örtüyü uçub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Geo News” kanalı məlumat yayıb.

Məlumata əsasən, hadisəyə qaz partlayışı səbəb olub. Dam örtüyünün uçması nəticəsində 12 nəfər ölü, daha 13 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Anbarın rəhbəri isə qaçıb. Hazırda polis onu saxlamaq üçün tədbirlər görür.