Ancelina Coli kişi rolunu ifa edir

ancelina-coli-kisi-rolunu-ifa-edir
Oxunma sayı: 784

İngiltərənin “Daily Mail” qəzeti filmə aid xüsusi foto-şəkilləri əldə edərək nəşr edib. Məlumata görə, filmdə rus casusu olmaqda ittiham olunan CİA agentini canlandıran Coli bu nöqtədə kişi libası geyinmək məcburiyyətində qalır. Kişi rolu isə aktrisanın çox xoşuna gəlib. “Oğlumla başqası kimi söhbət etmək qeyri-adi, eyni zamanda çox əyləncəli idi. Nəhayət ona Maks deyə səsləndim və o məni tanıdı”.