Ancelina Colidən əfqan qadınlarla bağlı - Çağırış

ancelina-coliden-efqan-qadinlarla-bagli
Oxunma sayı: 2671

"Mən bütün dünya liderlərini Əfqanıstanda hakimiyyətdə olanların qadınlara və vətəndaş cəmiyyətinə qarşı rəftarına görə cavabdeh olmağa çağırıram".

“Qafqazinfo” xəbər verir ki, bunu Hollivud ulduzu, Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri Ancelina Coli deyib.

Avropa Parlamentində (AP) 2021-ci il “Saxarov Mükafatları”nın finalçıları olan əfqan qadınların iştirakı ilə iki günlük “Əfqan Qadınlar günləri” tədbirinin açılışı baş tutub.

Videomüraciətlə tədbirə qatılan Coli vurğulayıb ki, “Taliban” uşaqların daha yaxşı gələcəyə sahib ola bilməsi üçün onların düşünmə qabiliyyətini və iradəsini söndürə bilməz.

Hollivud ulduzu humanitar yardımın qadınlara və qadınların rəhbərlik etdiyi təşkilatlara çatmasının vacibliyinə diqqət çəkib.

"Ümid edirəm ki, bütün dünyada azad düşüncəli insanlar əfqan qadınlarının unudulmamasına kömək edəcək. Xahiş edirəm, biliyə, fürsətə, azadlıq və təhlükəsizliyə susamış milyonlarla əfqan qaçqını dəstəkləyin", - Coli əlavə edib.