İtaliyalı mütəxəssis Karlo Ançelotti "Napoli" italyan klubunun baş məşqçisi təyin olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 58 yaşlı məşqçi ilə komandanın müqaviləsi 3 illikdir. O, bu postda Maurisio Sarrini əvəz edib. Sarri 2015-ci ildən "Napoli"nin rəhbəri olub.
Qeyd edək ki, Ançelottu "Çelsi", "Real", "Milan", "PSJ" klublarında baş məşqçi olub.
Son xəbərlər
Son Xəbərlər