“Qafqazinfo” xəbər verir ki, görüşdə Andorra Parlamentinin spikeri Visens Mateu Zamora ölkəsinin tarixi haqqında qısa məlumat verildikdən sonra hazırda burada keçirilən “Avropada etimadın bərpa olunması” konfransının əhəmiyyətindən danışıb.
2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqların müzakirəsi üçün Andorra hökumətinin göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nümayəndə heyətinin üzvləri bu əməkdaşlığın davam etdiriləcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin üzvləri xatirə kitabına ürək sözlərini yazıblar, daha sonra Parıamentin tarixi binası Kasa De La Valı ziyarət ediblər və yenicə istifadəyə verilmiş təzə binanın iclas zalı ilə tanış olublar.
Son xəbərlər
Son Xəbərlər