Andorrada Qarabağ müzakirəsi- - Fotolar

andorrada-qarabag-muzakiresi-
Oxunma sayı: 1130


“Qafqazinfo” xəbər verir ki, konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu tərəfindən təşkil olunub. 

İki günlük beynəlxalq toplantının əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələlərini müzakirə etməkdir.

Konfransda regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə də xüsusi diqqət ayrılıb. Çıxış edənlər bildirib ki, dünya böhran içindədir və bu gün Avropada müharibə təhlükəsi baş qaldırıb. Qeyd olunub ki, yaranmış mürəkkəb situasiyadan çıxış yolları tapmaq üçün yeni ideyalar və birgə səylər tələb olunur. Konfrans iştirakçıları qlobal problemlər haqqında geniş fikir mübadiləsinin aparıldığı toplantının bu istiqamətdə dərin və əhatəli addımların atılmasına öz töhfəsini verəcəyinə ümid etdiklərini deyiblər.

Konfransın davam edəcəyi iki gün ərzində III Qlobal Müştərək Cəmiyyətlər Forumunun gündəliyinin, müzakirə olunacaq məsələlərin və iştirakçıların müəyyənləşdirilməsi nəzərdə tutulub.