“Android”də boşluq tap, mükafat qazan

androidde-bosluq-tap-mukafat-qazan
Oxunma sayı: 759

“Android” sistemində boşluqların aşkarlanması üçün pul mükafatının məbləği artırılıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, informasiya təhlükəsizliyi sahəsində müstəqil ekspertlərin “Android” mobil əməliyyat sistemində boşluqların aşkarlanmasını nəzərdə tutan “Android Security Rewards” proqramı çərçivəsində bundan sonra daha yüksək məbləğdə pul mükafatı təklif ediləcək.

Belə ki, “Google” şirkəti hər aşkar edilən boşluğa görə 200 min dollar ödəməyə hazır olduğunu açıqlayıb.

Şirkət nümayəndələrinin sözlərinə görə, əvvəllər 50 min dollar təşkil edən maksimal mükafatı indiyədək heç bir İT mütəxəssisi ala bilməyib və bu səbəbdən məbləğin artırılması qərara alınıb.