Anemiya xəstəliyi olan uşaqların sayı artıb

Anemiya xəstəliyi olan uşaqların sayı artıb
Oxunma sayı: 1414

Azərbaycanda hazırda anemiya ciddi bir problem olaraq qalır və ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstə uşaqların sayında artım müşahidə edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da bildirilir.

Qeyd olunur ki, yod və A vitamini çatışmazlığı olan uşaqların sayında azalma müşahidə edilsə də, boyatmanın ləngiməsi və zəifliyi olan uşaqların sayında cüzi artım izlənilir. Bu baxımdan aztəminatlı ailələrin uşaqlarının müayinəsinə və müalicəsinə dövlət dəstəyinin gücləndirilməsi, reproduktiv sağlamlıq xidmətinin genişləndirilməsi, aztəminatlı ailələrdən olan qadınların qadın məsləhətxanalarının xidmətlərindən istifadə imkanlarının artırılması önəmlidir.

Ölkədə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 2019-cu ildə 72979 nəfər olub. Bu rəqəmin ölkə üzrə uşaqların ümumi sayının təqribən 2,8 faizini təşkil etməsinə baxmayaraq, son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır.

Bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi, xüsusilə regionlarda ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi çox önəmlidir. Uşaqlar arasında inkişaf geriliyinin erkən aşkarlanması, sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və erkən müdaxilənin təmin olunması üçün bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması vacibdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi