Angela Merkel Vaşinqtona səfər edəcək

angela-merkel-vasinqtona-sefer-edecek
Oxunma sayı: 805

Almaniya kansleri Angela Merkel ABŞ-a səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Xoqan Qidli bildirib.

“Almaniya kansleri Angela Merkelin Ağ Evə səfəri gözlənilir. Təfərrüatlar hələ də müzakirə olunur”,-deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Almaniyanın “Bild” nəşri səfərin aprelin 27-si baş tutacağını yazıb.