Ani Lorak Rusiyanı tərk etdi

ani-lorak-rusiyani-terk-etdi
Oxunma sayı: 4987

Ukraynanın Xalq artisti Ani Lorak son illər yaşadığı Rusiyanı tərk edib.

“Qafqazinfo” Ukraynanın “Seqodnya” nəşrinə xəbər verir ki, fanatları bir müddətdir sosial şəbəkə hesablarında aktiv olmayan müğənninin hansı ölkədə olduğunu müəyyən ediblər.

Fanatların ehtimalına görə, Lorak hazırda Birləşmiş Ərəb Əmirliklərindədir (BƏƏ).

Xatırladaq ki, daha əvvəl müğənni Ukraynada gedən hərbi əməliyyatlar barədə instaqramda paylaşım etmişdi: “Yalvarıram, bu mənasız, heç kimə lazım olmayan müharibəni durdurun!”