Ani Lorakın Bakıdakı möhtəşəm şousu - Fotolar

ani-lorakin-bakidaki-mohtesem-sousu
Oxunma sayı: 4423

Martın 2-də Ukraynanın Xalq artisti, Rusiyanın məşhur müğənisi Ani Lorak Bakıda solo konsert verib. “Qafqazinfo” xəbər verir ki, rəngarəng “Şou Diva” konsert turunun növbəti dayanacağı Bakı Konqres Mərkəzi olub.

Mərkəzin səhnəsində fərqli dekorasiya quraşdırılıb, konsert boyu sözügedən səhnə tərtibatı dəyişib. Pop ulduz musiqili gecəyə “Eurovision- 2008” mahnı müsabiqəsində ifa etdiyi “Shady Lady” mahnısı ilə başlayıb. 

Ard-arda hitlərini ifa edən Ani təkcə mahnıları ilə deyil, eyni zamanda geyimləri və rəqs şouları ilə də konsertinə rəng qatıb.