Ani Lorakın eks-əri yeni sevgilisini tənqid edənlərə cavab verdi - Fotolar

ani-lorakin-eks-eri-yeni-sevgilisini-tenqid-edenlere-cavab-verdi
Oxunma sayı: 5478

Ukraynanın Xalq artisti Ani Lorakın keçmiş həyat yoldaşı, türkiyəli biznesmen Murat Nalçaçıoğlu yeni sevgilisi Liliyanın ünvanına yazılan tənqidlərə cavab verib.

“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Liliyanı Muratla Aninin ayrılmasına səbəbkar olduğunu yazıblar. “Ani Lorak daha yaxşı, daha gözəldir...”, “Ani ilə müqayisəolunmazdır, əlbəttə”, “Lorak qat-qat gözəldir”, - cütlüyün bərabər şəkillərinə yazılan şərhlərdə qeyd olunub.

44 yaşlı Murat Nalçaçıoğlu isə sosial şəbəkə hesabında sevgilisinin müdafiəsinə qalxıb: “Gəlin başqasının həyatını şərh etməyək. Bu, mənim şəxsi hesabım və həyatımdır, gəlin haqqında danışdığınız insanlara hörmət edək”.

Xatırladaq ki, Ani Lorak Muratla 2019-cu ildə boşanıb. Onların bu evlilikdən Sofiya adlı qızları var.