Ani Lorakın türk əri Rusiyaya buraxılmadı - Fotolar

ani-lorakin-turk-eri-rusiyaya-buraxilmadi
Oxunma sayı: 6645

Ukrayna əsilli müğənni Ani Lorkaın ailəsində ağır günlər yaşanır.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, bir həftədən çoxdur ki, 38 yaşlı müğənni həyat yoldaşını görə bilmir. Buna səbəb isə Rusiyanın Türkiyəyə qarşı viza rejimi tətbiq etməsidir.

Yanvarın 1-dən etibarən həyat yoldaşı Türkiyə vətəndaşı Murad Nalçacıoğlunun Rusiyaya girişinə qadağa qoyulub.

Məlum olub ki, Murad yeni il tətili ilə bağlı Türkiyəyə gedib, viza məsələsini həll edə bilməyib. Cütlük viza məsələsi həll olanadək kimi Rusiyadan kənar bir ölkədə görüşəcəklər.

Müğənni Ani Lorak məsələ ilə bağlı açıqlama verib:

“Heç nə olmaz. Bu sadəcə əlaqələrimiz daha da möhkəmləndirəcək. Bir gün sonra ABŞ-da görüşəcəyik. Mənim orada böyük konsert turum var. Murad bütün vaxtını mənə həsr edəcək. İstənilən qadın kimi məndə həyat yoldaşımın yanında özümü daha sakit hiss edirəm. O mənim dayağım və dəstəkçimdir”.