ANİİA 3 illiyini qeyd etdi, Fəxri Üzvlük institutu yaradıldı - Fotolar

ANİİA 3 illiyini qeyd etdi, Fəxri Üzvlük institutu yaradıldı
Oxunma sayı: 1227

Oktyabrın 10-da Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsinin 3 illiyinə və Assosiasiyaya fəxri üzvlərin qəbul edilməsinə həsr edilmiş tədbir təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirin açılışında assosiasiyanın sədri Fərhad Qaraşov tədbir iştirakçılarına ANİİA-nın yarandığı gündən bu günə kimi fəaliyyəti, həyata keçirdiyi təlimlər, sosial-mədəni tədbirlər haqqında məlumat verib. 

Daha sonra ANİİA-nın inkişafında mühüm rol oynamış, assosiasiyanın fəaliyyətinin genişlənməsində zəhməti olan şəxslərə Təşəkkürnamə ( 20 nəfər) təqdim edilib, Azərbaycan narının dünya miqyasında tanınmasına köməklik göstərən, incəsənət və ictimai fəaliyyət sahələrində nar mədəniyyətini təbliğ edən şəxslər və təşkilatlar Assosiasiyanın fəxri üzvlüyünə (25 nəfər) qəbul edilib. 

Bundan sonra narçılığın inkişafında səmərəli fəaliyyət aparan, kənd təsərrüfatının bu sahəsinə qayğı göstərə, ANİİA-nın qarşısında duran vəzifələrin həyata keçirilməsində təşəbbüslə çıxış edən şəxslər “Azərbaycan narı” döz nişanı ilə ( 4 nəfər) təltif edilib. Tədbirdə dövlət qulluqçuları, iş adamları, ictimai fəallar, jurnalistlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Rəsmi və bədii hissədən ibarət olan təqdimatın sonunda tədbir iştirakçılarına ziyafət verilib. 









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi