ANİİA 5 yaşında! - Fotolar

aniia-5-yasinda
Oxunma sayı: 2747

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) yaranmasından 5 il keçir.

ANİİA 2016-cı ildən etibarən fəaliyyətə başlayıb və elə ilk günlərdən narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplayaraq bu sahədəki mövcud problemləri aradan qaldırmağa nail olub.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 14-də ANİİA yaranmasının 5 illik yubileyini Fəxri üzvləri ilə birlikdə “Qala Etnoqrafik Muzey Mərkəzində” qeyd edib. 

Öncəliklə qonaqlar üzvlərlə birlikdə salınan nar bağına baxış keçiriblər. Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Şəhidlərin əbədi xatirələri yad edilərək, Xudayar təsnifi səsləndirilib.

Yeni üzvlərlə birlikdə artıq Assosiasiyanın Fəxri üzvlərinin sayı 33-ə çatıb.

Qeyd edək ki, ANİİA Prezident İlham Əliyevin tapşırıq ve tövsiyyəsinə uyğun olaraq yaradılmış 20-yə yaxın anoloji assosiasiyadan biridir. Hazırda Assosiasiyanın 400-ə yaxın üzvü var.

Üzvlər nardan müxtəlif növ şirələr, narşərablar, şərablar, həmçinin nar tumundan yağ və s. məhsullar istehsal edirlər.

Assosiasiyanın qarşıya qoyduğu əsas məqsəd gələcəkdə nardan daha çox məhsulun istehsal edilməsi, ölkə daxilində nar yetişdirən kiçik fermerlərdən iri şirkətlərə qədər hərkəsə narçılıqla bağlı hərtərəfli dəstəyin göstərilməsi və nəticədə narın dünya bazarında “Made inAzerbaijan” brendi adı altında tanınmasını təmin etməkdir.