ANİİA-nın fəxri üzvlərinin sayı 30-a çatdı - Fotolar

aniia-nin-fexri-uzvlerinin-sayi-30-a-catdi
Oxunma sayı: 3201

2019-cu ildə Azərbaycan narının dünya miqyasında tanınmasına köməklik göstərən, incəsənət və ictimai fəaliyyət sahələrində nar mədəniyyətini təbliğ edən şəxslərin təltif olunması üçün təsis olunan Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) "Fəxri Üzvlük İstitutu"nun nümayəndələrinin sayı artıq 30- a çatıb.

“Qafqazinfo” xəbər verir ki, 15.01.2021-ci il tarixində İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, “Azər İpək” MMC, Azərbaycan Rəssamlar İttifaqının üzvü Azər Abdullayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü-heykəltəraş Elnur Həsənov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günel Ravilova öz işlərində Azərbaycan narının təbliği və tanıdılmasında göstərdikləri fərqlənməyə görə Assosiasiyanın fəxri üzvlüyünə qəbul olunublar. Bununla bağlı Assosiasiya sədri Fərhad Qaraşov yeni üzvləri qəbul edib, fəaliyyət sahələri ilə bağlı müzakirələr aparıb və gələcəkdə yeni işlərdə və

əməkdaşlıqlar istiqamətində uğur və müvəffəqiyyətlər arzulayıb.