Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açılıb

anim-gunu-ile-bagli-herbi-gemilerden-yaylim-atesleri-acilib
Oxunma sayı: 774

Ötən ilin 27 sentyabrından başlayan və Ordumuzun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.