Anım Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirildi

anim-gunu-ile-elaqedar-agacekme-tedbiri-kecirildi
Oxunma sayı: 1034

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 Sentyabr - Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, aksiyada nazirliklə yanaşı Abşeron RİH-in, ANAMA-nın nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər iştirak edib. Tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, şəhidlərimizin əziz xatirəsi bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb və hər bölgənin iqlim şəraitinə uyğun ETSN-in tinglik sahələrində yetişdirilən tinglər əkilib.