“Anjelika özünü yığışdırsın…”

anjelika-ozunu-yigisdirsin
Oxunma sayı: 3301

Mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev oğlunun məzarıın su basması barədə yayılan məlumatlara aydınlıq gətirib.  “Qafqazinfo” xəbər verir ki, o, “Show News”a açıqlamasında gəlini Anjelika Cəbiyevanın yalan danışdığını qeyd edib: 

“Təəssüf edirəm ki, onun keçmiş həyat yoldaşı, “Anarın qəbrini su basıb, ora getmək mümkün deyil” deyə açıqlamalar verib. Təmir o mənada oldu ki, həqiqətən yağan yağışlara görə rənglər getmişdi. Bu bütün qəbirlərdə, hətta evlərdə də belədir ki, əgər ona qatılaşdırılmış maddə qatmasan, o qopa bilər. Bura  hündür yerdir, su basa bilməz. Hətta qurunt suları yoxdur.

Burada da var idi və mən ona görə onları düzəltdirdim. Oranı qurunt suları basıb deyərək qəbirstanlıq əhlinə hörmətsizlik edirlər. Mənim 2 dənə gül kimi nəvəm var, uşaqları vasitə edirlər. Mən onun əleyhinəyəm və pis də olsa, yaxşı da olsa o uşaqların anasıdır. Uşaq atadan yox, anadan yetim qalır. Ona görə də mən Anjelikaya çox baş qoşmuram. Anjelikaya məsləhət görərdim ki, biraz özünü yığışdırsın. Vaxtı ilə çox əziyyət verib. İstəmirəm yenidən açam bu məsələləri. Heç olmasa onun ruhunu incitməsin, əziyyət çəkdirməsin”.