“Anji”nin futbolçusu qətlə yetirildi

anjinin-futbolcusu-qetle-yetirildi-
Oxunma sayı: 1561


“Qafqazinfo” xəbər verir ki, sportnet.az-ın Dağıstan hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, hadisə yanvarın 3-nə keçən gecə Qumtorqala rayonunda baş verib. 

20 yaşlı sol cinah müdafiəçisinə gecəyarısı Novokuli qəsəbəsində odlu silahla atəş açılıb və o, xəstəxanada keçinib. Faktı “Anji”nin mətbuat xidmətindən də təsdiqləyiblər: “Məhəmmədov əsas oyunçularımızdan idi. O, mövsüm ərzində 16 oyun keçirmişdi”.

Qeyd edək ki, “Anji-2” Rusiya çempionatının cənub zonasının ikinci divizionunda çıxış edir.