“Ankara qardaş Azərbaycanı istədiyi formada dəstəkləməkdə davam edəcək”

ankara-qardas-azerbaycani-istediyi-formada-desteklemekde-davam-edecek
Oxunma sayı: 2592

Ankara qardaş Azərbaycanı istədiyi formada dəstəkləməkdə davam edəcək. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız bir şərtlə həll olunacaq - Ermənistanın işğal olunmuş ərazilərdən çıxması ilə.

Çelik Ermənistanın hücumuna məruz qalmasına baxmayaraq, Azərbaycana təmkin göstərməyi tövsiyə edən tərəflərin mövqeyini qəbuledilməz adlandırıb.

“Azərbaycan öz ərazisini müdafiə etmək hüququna malikdir. Qarabağ -Azərbaycan torpağıdır. Ermənistan orada işğalçı qismindədir”, -deyə o vurğulayıb.

“Ermənistanın yaşayış məntəqələrinə hücumları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Beynəlxalq birlik Ermənistanı pisləməlidir”, - Ədalət və İnkişaf Partiyasının nümayəndəsi deyib.