Ankara terrorunda qurbanlar arasında azərbaycanlılar varmı?

ankara-terrorunda-qurbanlar-arasinda-azerbaycanlilar-varmi
Oxunma sayı: 4148

Hal-hazırda Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumatı yoxdur.

“Qafqazinfo” xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, bu məsələ araşdırılır.

Qeyd edək ki, Ankarada güclü partlayış baş verib.

Hadisə zamanı 27 nəfər ölüb, 75 nəfər yaralanıb.