Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanmasına səbəb olan terror aktında şübhəli bilinən ikinci şəxsin kimliyi məlum olub.
“Qafqazinfo”nun Türkiyə məbuatına istinadən verdiyi məlumata görə, “Röyters” agentliyi adını vermədiyi türk mənbəyə əsaslanaraq bildirib ki, bu şəxs Türkiyə vətəndaşıdır və PKK tərəfdarı olan bir kişidir.
Qeyd edək ki, terroru törətməkdə bir nömrəli şəxs kimi Balıkesir Universitetinin tələbəsi Səhər Çağla Demir göstərilir.
Məlumata görə, cəsəd parçaları və barmaq izləri sayəsində terrorçunun həmin tələbə olduğu qənaətinə gəlinib.
Tələbə Demir 4 yaxın rəfiqəsi ilə birgə Balıkesir 2-ci Ağır Cəza Məhkəməsində PKK terror təşkilatına üzvlük və təbliğatı ittihamı ilə mühakimə olunubmuş.
Sosial mediada isə Çağla Demirin ona qarşı terror ittihamı aradan qaldırılandan sonra Cumhuriyet qəzetində müxbir olaraq çalışdığı iddia edilib.
Son xəbərlər
Son Xəbərlər