“Ankara-Zirvə” idmançıları Türkiyə çempionatında

ankara-zirve-idmancilari-turkiye-cempionatinda-
Oxunma sayı: 707


Çempionatda “Zirvə” İdman Klubunun idmançıları da iştirak ediblər. Yasin və Emrah Arslan qardaşlarının rəhbərlik etdiyi “Ankara-Tuzgölü-Zirvə”nin 14 nümayəndəsi – 11 qadın və 3 kişi – medallar uğrunda mübarizə aparıblar. Sevindiricidir ki, “Zirvəçilər” 6 dəfə fəxri kürsüyə qalxa biliblər.

Onlardan qadınlarda Zeynep Atakan 69 kq çəki dərəcəsində 176 kq (75+101) nəticə ilə Türkiyə çempionu adını qazanıb. Qızıl medala sahib çıxan atletimiz Zirve İnternational Sport Clubs-ın Ankaradakı son dünya çempionatında 180 kq (80+100) ilə bürünc qazanmışdı.

Bununla yanaşı, Gamze Yayla 142 kq (66+76) nəticə ilə 53 kq çəki dərəcəsində, Büşranur Dalmızrak isə 156 kq (74+82) nəticə ilə 63 kq çəki dərəcəsində gümüş medala sahib çıxıblar.

63 kq çəki dərəcəsində bürünc medal da “Ankara-Zirvə” atletinə qismət olub. Emine Sarıtoprak 152 kq-la (67+85) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Daha bir bürünc medal isə +75 kq çəki dərəcəsində çıxış edən Gülsüm Yavuzun adına yazılıb. O, 154 kq (60+94) nəticə göstərib.

Kişilərdə isə yeganə medalımızı Musa Çetintürk qazanıb. O, 105 kq çəki dərəcəsində çıxış edib. Toplamda 245 kq (105+140) nəticə göstərən atletimiz bürünc medala sahib çıxıb.