Ankarada atışma - Yaralılar var

ankarada-atisma
Oxunma sayı: 734

Türkiyənin paytaxtı Ankarada əmlak alqı-satqısı ilə məşğul olan iki qrup arasında atışma baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin borc üstündə baş verdiyi bildirilir.

Atışma zamanı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı 20 nəfər saxlanılıb. Araşdırma aparılır.